Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin 25 yaşlı Urfan Namiq oğlu Məcidov vəfat edib, sürücü 29 yaşlı Kənan Rəhman oğlu Əzizov isə ağır xəsarət alıb.