Oğuzda itkin düşən 32 yaşlı kişinin asılmış meyiti tapıldı

Oğuzda itkin düşən 32 yaşlı kişinin asılmış meyiti tapıldı
SOSİAL
17:05 21.03.2025
206
Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

Hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

  
32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 
//apa
OXŞAR XƏBƏRLƏR