Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb. AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb. İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.