Çovdarovun işçisi azadlığa çıxır

Çovdarovun işçisi azadlığa çıxır
SOSİAL
16:11 02.05.2019
4181
Həbs edilən MTN generalı Akif Çovdarovun işçisi olmuş və mütəşəkkil cinayətkar dəstə üzvü kimi onunla birgə ittiham edilən Akif Əliyevin cəzası azaldılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən A.Əliyev kassasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib.

2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR