Çovdarovun "podval"a atmaqla hədələdiyi şəxslər kimlər imiş?

Çovdarovun "podval"a atmaqla hədələdiyi şəxslər kimlər imiş?
SOSİAL
15:07 18.10.2016
1230
 
 
Hazırda həbsdə olan ləğv edilmiş MTN generalı Akif Çovdarov istintaqa ifadəsində "Bələdiyyələr epizodu" üzrə danışıb.

İttihamda qeyd edilib ki, A.Çovdarov yaxın dostu Adil Yaqubov vasitəsilə Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovu yanına çağıraraq: "3 ildir işləyirsən, yığdığını yığmısan, indi də gətir 100 min ver", - deyib. General "qonağı olan" bələdiyyə sədrinə digər həmkarını da tapşırıb. İ.Xəlilovdan Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova da xəbər göndərtdirib və E.Salmanovun 150 min dollar verməli olduğunu deyib.

A.Çovdarov isə istintaqa ifadəsində E.Salmanovu tanımadığını, İ.Xəlilovu isə dələduz kimi tanıdığını və hətta, İlham Xəlilovun ona "atdığını" deyib: "İlham Xəlilova Elman Salmanovdan pul almasını deməmişəm. Yəqin, İlham özü mənim adımdan istifadə edib".

Bundan sonra A.Çovdarov İ.Xəlilovu necə tanıdığını danışıb: "İlham Xəlilovu Adil Yaqubov vasitəsilə tanımışam. Adil Yaqubovla isə 1998-ci ildə Daxili İşlər Nazirliyində işləyəndən bəri tanışam. İlham özü dələduzdur. 2007-ci ildə qohumum İlqar "Ekologiya postu"nun yanındakı Daş bazarının yaxınlığında torpaq almaq üçün İlham Xəlilova 7500 dollar vermişdi. Hələ sonradan İlham ona minnət edərək hasar çəkdirdiyini deyib və 2 min dollar da buna görə almışdı. Amma bunu da yalandan edibmiş, çünki o hasarı dövlət onsuz da çəkirdi".

Çovdarov İ.Xəlilovla yollarının növbəti dəfə necə kəsişməsini də açıqlayıb: "Mən İlhama hədə-qorxu gəlib Adilin adına 10 hektar torpaq keçirt deməmişəm. Adil Yaqubov özü "Zəli gölü" ərazisində 10 hektar torpaq almaq istəyib, İlham da ona kömək edəcəyini deyib. İlham guya torpağın sahiblərinə vermək üçün Adildən pul alıb, amma aldadıb. Elə həmin torpaqlar bələdiyyənin sərəncamında imiş".

İttihama görə, İ.Xəlilov tələb olunan pulu vaxtında çatdırmadığı üçün təkrar Çovdarovun "qonağı" olub və orada general bələdiyyə sədrinə "sən generalı barmağına dolamısan? Məni yaxşı tanımırsan, səni həbs edərəm, başına torba keçirib, "podval"a ataram" deyərək hədələyib.

A.Çovdarov bu ifadəsini də, hər iki bələdiyyə sədrindən pul tələb etməsini də təkzib edib: "İlham Xəlilov bir çox adamlara pul "atıb". İndi həmin pulları qaytarmamaq üçün, ya da vaxt udmaq üçün mənim adımı çəkir".

Qeyd edək ki, A.Çovdarov ittiham olunduğu 25-dən çox epizodun yalnız 10-u haqqında danışıb.
 
//qafqazinfo
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb