Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı çıxış edərək İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, İ.Qasımov həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb.