"Çox mənasız həyat yaşayırıq” - Nura

MAQAZİN
17:03 04.02.2025
171
"Dünya ulduzları da artıq "TikTok” və gündəmə düşkün olub. Bruno Mars kimi sənətçi son üç mahnısını "TikTok” üçün ifa edib və dünya trendindədir”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı posta yazıb.

Sənətçi bildirib ki, gündəmdə "Qremmi”də mükafat alanlar yox, mərasimə çılpaq arvadı ilə gələn Kanye Uestdir:

"O boyda "Qremmi” mükafatlandırma mərasimi keçirildi amma ki, dünya mətbuatında Kanye Uestin çılpaq arvadı müzakirə olunur. Kanye qırmızı xalıda çılpaq arvadı ilə görünüb gedib, mükafat alanlar qalıb kənarda, hamı onlardan danışır. Artıq çox mənasız həyat yaşayırıq”.

OXŞAR XƏBƏRLƏR