"Çox narahatam"

DÜNYA
14:10 20.12.2012
1289
BMT-nin Baş katibi Ban Ki-mun ilin yekunlarına dair mətbuat konfransı keçirib. Baş katib başa çatmaqda olan ildə həllinə ən çox təşəbbüs göstərdikləri, lakin həll edə bilmədikləri Suriya münaqişəsi ilə əlaqədar narahatlığını ifadə edib. "Mən Yaxın Şərqdə baş verənlərdən dolayı çox narahatam. Xüsusilə də, Suriyadakı vəziyyətdən. Biz zorakılığın sonuna və yaxud da siyasi dialoqun başlanmasına dair heç bir perspektiv görmürük. Suriya bu ili münaqişə ilə başladı, indi də müharibə ilə ili başa vurur. Günbəgün ölənlərin sayı artıb. Aybaay bölgədə gərginlik artıb. Suriya müxalifəti birləşib. Bu, mühüm məqamdır. Mən Suriyada münaqişənin daha da dərinləşəcəyindən çox narahatam", - BMT baş katibi deyib.

OXŞAR XƏBƏRLƏR