Bu gün Ay gün ərzində Mars və Yupiterlə harmonik təmasda olacaq.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məşhur Türkiyəli astroloq Dinçer Güner "X" hesabında paylaşım edib.
O, paylaşımda bildirib:
"Hisslərinizi ifadə etmək və hərəkətə keçmək üçün özünüzü daha güclü və cəsarətli hiss edə bilərsiniz. Ağlınızda təsəvvür etdiyiniz şeylərə nail olmaq üçün lazım olan motivasiya və qətiyyətə sahib ola bilərsiniz. Emosional reaksiyalarınız daha idarəli və konstruktiv olacaq.
İdman etmək, layihələrə başlamaq və ya hər hansı fiziki fəaliyyətdə iştirak etmək üçün əla vaxtdır. Ailə münasibətlərinizdə, romantik əlaqələrinizdə və ya yaxın dostluqlarınızda daha isti enerji axınını hiss edə bilərsiniz.
Sevdiklərinizlə vaxt keçirmək, ev həyatınızı yaxşılaşdırmaq və emosional bağlarınızı gücləndirmək üçün əla vaxtdır.
Başqalarına kömək etmək və dəstəkləmək üçün daha istəkli ola bilərsiniz".
Oksana