Çox su içənlərə xəbərdarlıq: Bu saatlarda su içsəniz...

SAĞLAMLIQ
15:24 13.07.2022
622
Bu saatlarda su içmək kökəlməyə səbəb olur.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, arıqlamaq istəyən insanlar ideal vaxtlarda su içməlidirlər. Bəs su içmək üçün ən yaxşı vaxt nə vaxtdır? 

İnsan bədəninin 80%-ni əhatə edən su həyat mənbəyidir. Araşdırmalara görə, insanlar uzun müddət qidasız və yalnız su içməklə yaşaya bilirlər. Ona görə də insan sağlamlığı üçün mühüm yeri olan suyun vaxtında içilməsi orqanizm üçün daha faydalı olur.

Yuxu pozğunluğu üzrə mütəxəssis və nevroloq Jessica Vensel Rundo yatmazdan əvvəl nə qədər su içdiyinizə niyə diqqət yetirməli olduğunuzu izah edib.

Həkim yatmazdan iki saat əvvəl su içməyi dayandırmağı məsləhət görüb. O, bildirib ki, gecə yarısı yuxunu pozub tualetə getmək doğru deyil.

Həmçinin bildirib ki, gecə yatmazdan iki saat əvvəl çay, qəhvə və meyvə şirəsi qəbulunu kəsməlisiniz. Bu şəkildə bədəninizi lazımsız mayelərlə doldurursunuz. 

Dr. Vensel Rundo deyir: "Gecə oyanmaq yuxu rejiminizi poza bilər və yenidən yuxuya getməməyinizə səbəb ola bilər. Yuxunuz hər gecə davamlı olaraq kəsildikdə yuxu keyfiyyətinizin aşağı düşməsinə belə səbəb ola biləcək problemlər yarada bilər”.

Nəticədə, yuxu immunitet sistemindən tutmuş psixi sağlamlığa qədər bir çox sahə ilə birbaşa bağlıdır. Güclü yuxusuzluq halında aşağıdakılar baş verə bilər;

- Yaddaş itkisi
- Hipertoniya
- İnfeksiyalar
- Kökəlmək
- Xolesterol səviyyəsinin artması
- Xərçəng

Tez-tez sidiyə getməyə səbəb ola biləcək müxtəlif xəstəliklər də var. Bu səbəbdən tualetə niyə getdiyinizi bilmək də vacibdir. Əgər sizdə heç bir narahatlıq yoxdursa, yatmazdan əvvəl su içməyi azaltmaq məsləhətdir. 

Axşam saatlarında orta miqdarda su içmək orqanizminiz üçün faydalı ola bilər. Su bədənin nəmli qalmasına kömək etmək, oynaqların yaxşı işləməsini dəstəkləmək və tullantıları parçalamaq da daxil olmaqla, müxtəlif funksiyalar üçün vacibdir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR