"Çox vaxt daxili rejim qaydalarını pozurdu" - Fədayə Laçının məhkəməsi davam etdirilib

TOP4
12:57 10.09.2018
2991
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən, təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə Soltanova qeyd edib ki, hadisə günü yoldaşı evdə olub:

"Aqil evə gəlib, onu çağırdı. Gecə gəlmədi. Saat 1-də ona zəng elədim, götürmədi. Sonradan özü yığdı ki, adam var, onu yola salıb gələcəklər. Səhər 6-da evə gəldi. Pasportunu götürdü. Mən və baldızım da onunla Dağıstana getdik. Həmin günü getdik, yoldaşımla bizi sərhəddə saxladı. Hadisədən sonra bu məsələdən xəbər tutmuşuq".

Məhkəmədə Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerinin rəisi Rəşid Həşimov da şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilənlərdən Əli Ağamini tanıyır: "Müxtəlif vaxtlarda Əli Ağami bizə gətirilib. Çox vaxt daxili rejim qaydalarını pozurdu. 2017-ci il oktyabrında etab olunan zaman dedi ki, özünə qəsd edəcək. Mən də aidiyyəti şəxslərə, növbətçiyə məlumat verdim. Rəhbərlik tərəfindən konkret olaraq xidmət rəisi Elmar Paşayev tapşırıq verdi ki, onu qaytaraq. Həmin tapşırığı icra etdim".

Ə.Ağami isə şahidin yalan danışdığını və özünə qəsd etmək fikrinin olmadığını söyləyib.

Təqsirləndirilən şəxs, keçmiş konvoy taborunun əməkdaşı Ceyhun Səmədov isə deyib ki, Masallıda Ə.Ağamini qəbul etmək istəməyiblər: "Orada dedilər k, biz Əlini qəbul edirik, amma qaytaracağıq. Həmin gün Lənkəranda bizə Etibar Məmmədovu qaytaracaqlarını dedilər. Biz də bu barədə rəhbərliyə məruzə elədik".

Proses sentyabrın 12-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:23 07.07.2020

Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu

14:16 07.07.2020

Sabah 38 dərəcə isti olacaq

14:05 07.07.2020

“Zaminbank” sahibinin həbsi ilə bağlı - Rəsmi açıqlama

13:56 07.07.2020

Səhiyyə naziri: “Gürcüstanda COVID-19-un daxili yayılması qeydə alınmır”

13:28 07.07.2020

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO

13:21 07.07.2020

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

13:19 07.07.2020

İldırım 16 yaşlı futbolçunu belə vurdu - VİDEO

13:17 07.07.2020

305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb - RƏSMİ

12:57 07.07.2020

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

12:52 07.07.2020

Bu şəxslərin işləməsinə yenidən icazə verildi - RƏSMİ

12:39 07.07.2020

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

12:32 07.07.2020

Bakı polisi reyd keçirir - FOTO

12:12 07.07.2020

Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

12:11 07.07.2020

Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

11:53 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

11:34 07.07.2020

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA