"Çox yaxşıyam, bu həftə evə buraxılacağam".
Bu sözləri AZXEBER.COM-a açıqlmasında müğənni Nazim Pişyari deyib.
"Allaha şükür artıq çox yaxşıyam. Özümü də yaxşı hiss edirəm. Belə getsə bu həftə evə buraxılacağam. İsraildə də konsertimiz olacaq İnşallah. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm, var olasınız" deyə müğənni bildirib.
Xatırladaq ki, müğənni Nazim Pişyari (Faytonçu) işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Aysel Hacızadə