AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəssis Firdovsi Xəlilovun fikrincə, yeni Baş Planda nəzərdə tutulan çoxmərkəzli inkişaf modeli bu baxımdan vacib yanaşmadır. Bu model şəhərin tək bir mərkəz üzərindən deyil, müxtəlif istiqamətlərdə formalaşan ayrı-ayrı funksional mərkəzlər hesabına inkişafını nəzərdə tutur.
Çoxmərkəzli şəhər layihəsinin icrası ilə vətəndaş işə, xidmətə, istirahətə və ya gündəlik ehtiyaclara görə mütləq şəhərin əsas mərkəzinə getməyə məcbur qalmayacaq. Bu yanaşma tətbiq edilərsə, mərkəzə yönələn nəqliyyat axını azala, tıxaclar nisbətən yüngülləşə, şəhərin kənar və orta zonaları isə daha aktiv yaşayış və iş məkanına çevrilə bilər. Ekspertlər bildirirlər ki, bu model dünyanın böyük şəhərlərində də tətbiq olunur. Məqsəd şəhəri bir nöqtədən asılı vəziyyətdə saxlamaq yox, fərqli əraziləri ayrıca mərkəzlərə çevirməkdir.











































