Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır

Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır
DÜNYA
13:09 30.08.2020
3534
Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.

Trend-in məlumatına görə, bu barədə NASA-nın saytında bildirilib.

Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir.

 Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır. Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.
Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq.
OXŞAR XƏBƏRLƏR