Oymyakonda mənfi 59 dərəcə şaxta qeydə alınıb

Oymyakonda mənfi 59 dərəcə şaxta qeydə alınıb
DÜNYA
19:00 12.12.2022
280
Rusiyanın Oymyakon yaşayış məntəqəsində mənfi 59 dərəcə şaxta qeydə alınıb.

Yakutiya Respublikasının Oymyakon yaşayış məntəqəsində mənfi 59 dərəcə şaxta qeydə alınıb.

Respublikanın doqquz meteoroloji stansiyasında havanın temperaturu -45 dərəcədən aşağı düşüb və ən şiddətli şaxta Yer kürəsinin daimi əhalisi olan ən soyuq yerlərindən biri olan Oymyakonda qeydə alınıb.

Oymyakon müşahidə məntəqəsində termometr mənfi 59 dərəcəyə enib. Şaxtanın getdikcə daha çox gücləndiyi bildirilib.

Ümumiyyətlə, Yakutiyada qarlı hava şəraiti qatı duman və güclü küləklə müşahidə olunub.

Qeyd edək ki, Yerin Şimal yarımkürəsinin ən soyuq nöqtəsi adlandırılmaq hüququna Yakutiyanın iki yaşayış məntəqəsi iddia edir. Bunlar Verxoyansk və Oymyakondur. Burada tarixən mənfi 67 dərəcədən aşağı temperatur qeydə alınıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR