Müştəri olmayan vaxt lombarda basqın edən silahlı şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
AZXEBER.COM Xəzər TV-yə istinadən məlumatına görə, sözügedən hadisə oktyabrın 24-də paytaxtın Nəsimi rayonunda metronun "Əcəmi” stansiyasının yaxınlığındakı lombardlardan birində baş verib.
Saxlanılan Kamran Allaheverdiyev bildirib ki, əvvəllər həmin lombardın müştərisi olub.
Oyuncaq tapança ilə silahlanmış Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi hədələyib pul və qızıl əşyalar verməsini tələb edib. Sonradan fikrindən yayınan Kamran oyuncaq silahla birlikdə könüllü həmin lombardın işçilərinə təslim olub. Hadisə yerinə gələn Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları onu saxlayaraq bölməyə aparıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.