İngiltərənin "Bornmut" klubunun futbolçusu Beyli Kerdcill (Baily Cargill) "Liverpul"a qarşı ölkə kuboku oyununda parikini salıb. Musavat.com xəbər verir ki, "Mirror" yayıb.
Oyun zamanı 19 yaşlı müdafiəçi ötürmə edib və nəticədə pariki sürüşərək otun üstünə düşüb. Süni saçlarını itirən Kerdcill pariki yerdən qaldırmayıb və oyunu davam etdirib.