Ozan Güven həbs olunacaq

Ozan Güven həbs olunacaq
MAQAZİN
10:57 23.10.2025
71
Keçmiş sevgilisi Deniz Bulutsuza şiddət göstərən türkiyəli aktyor Ozan Güvənin 2 il 3 aylıq həbs cəzası təsdiqlənib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Regional Ədliyyə Məhkəməsi qərarın qanuna uyğun olduğuna qərar verib.
 
Aktyor cəzasının 45 gününü şərti cəza istisna olmaqla, açıq həbsxanada çəkəcək.
 
Xatırladaq ki, Aktyor Ozan Güvənin 13 iyun 2020-ci il tarixində keçmiş sevgilisi, sosial media fenomeni Deniz Bulutsuza şiddət göstərdiyi iddia edilirdi. Məhkəmədən 5 il sonra hökm elan edildi və Güvənə "silahla qəsdən yaralama" maddəsi ilə 2 il 3 ay həbs cəzası verilmişdi. Güvenin sınaq müddəti istisna olmaqla cəzasının qalan 45 gününü açıq həbsxanada çəkməsinə qərar verilib.
 
Güven qərardan sonra heç bir açıqlama verməyib.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR