Ozan Kökcü ilə HİK arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yayda komandaya qoşulan yarımmüdafiəçi son dövrlər az oynadığı üçün müqavilənin vaxtından əvvəl pozulması qərara alınıb.
Finlandiya klubunun idman direktoru Petri Vuorinen məsələyə münasibət bildirib:
"Ozan yüksək peşəkarlıq göstərdi. Ancaq son vaxtlar onun komandadakı rolu azalmışdı. Hər iki tərəf üçün bu qərarın ən doğru addım olduğunu düşünürük”.
Qeyd edək ki, 26 yaşlı futbolçu HİK ilə bütün turnirlər üzrə ümumilikdə 26 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.