Hindistanla atəşkəs elan edildikdən sonra Pakistanın hava məkanı yenidən açılıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb.
"Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam bərpa olunub. Ölkənin bütün hava limanları fəaliyyətini bərpa edib və normal uçuşlar üçün hazırdır ", - təşkilatın məlumatında qeyd olunub.