Pakistan İranla sərhədlərini qeyri-müəyyən müddətə bağlayıb.
Bu barədə Bəlucistandakı Sərhəd-Buraxılış Məntəqəsinin yüksək rütbəli rəsmisi Qadir Bəxşi Pirkani açıqlama verib.
O deyib ki, Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadar əyalətlərindəki bütün buraxılış postları fəaliyyətini növbəti qəraradək dayandırıb.
Qərar bölgədə gərginliyin getdikcə daha da artması ilə bağlı yüksək ehtimalın mövcudluğu ilə əsaslandırılıb.
/APA