Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib

Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib
DÜNYA
22:55 29.06.2025
333
Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib.

Bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş "Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb.

Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.
 
/Report
OXŞAR XƏBƏRLƏR