"Pakistan xalqına bu çətin gündə hər cür dəstək verməyə hazırıq"

"Pakistan xalqına bu çətin gündə hər cür dəstək verməyə hazırıq"
DÜNYA
22:28 27.08.2022
364
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsin xəbər verib.

Məlumata görə, Ərdoğan danışıq zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb.

Dövlət başçısı həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR