Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin müxtəlif rayonlarında keçirilən bir neçə əməliyyat zamanı 15 terrorçunu zərərsizləşdirib.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə "Pakistan TV" məlumat yayıb.
Məlumata görə, Mastunq, Bolan, Vaşuk, Avaran, Sibi, Xuzdar, Harnai və Nuşkidə kəşfiyyat əməliyyatları zamanı çoxlu sayda silah və sursat da ələ keçirilib.
Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində son əməliyyatlar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda keçirilir.
Ötən ay Pakistan Silahlı Qüvvələrinin Mətbuat xidməti qoşunların Xeybər-Paxtunxva və Bəlucistanda keçirilən əməliyyatlar zamanı 24 saat ərzində 32 terrorçunu məhv etdiyini açıqlayıb.











































