Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək
SOSİAL
15:39 12.09.2025
996
8-10 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək "ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı Pakistan Hökumətinin iclasını keçirib.
İclas zamanı Pakistanda yaradılacaq "ASAN xidmət” konsepsiyasının təqdimatı baş tutub.

Pakistan İslam Respublikasının Baş naziri Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirirək, analoji konsepsiyanın Pakistanda dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində inqilabi addım olacağını bildirib. Baş nazir "ASAN xidmət” təşəbbüsünün Pakistan Hökumətinin "nağdsız iqtisadiyyat” siyasətini də inkişaf etdirəcəyini və paytaxt İslamabaddan sonra digər şəhər və vilayətlərdə tətbiq olunacağını diqqətə çatdırıb.

Pakistanda "ASAN xidmət” mərkəzinin yaradılması prosesində göstəriləcək dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən Baş nazir müvafiq layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Görüşdən sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. 
Sazişin icrası çərçivəsində qısa müddətdə "ASAN xidmət” mərkəzinin Pakistanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş baş tutub. Həmçinin "ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulan bina infrastrukturlarına baxış keçirilib.
Pakistana səfər zamanı Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyini ziyarət edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu