Pakistanda daşqın: Ölənlərin sayı 98 nəfərə çatdı

Pakistanda daşqın: Ölənlərin sayı 98 nəfərə çatdı
DÜNYA
23:39 11.07.2025
472
Pakistanda 26 iyun tarixindən bəri davam edən güclü musson yağışlarının səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 98-ə, yaralananların sayı isə 185-ə yüksəlib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) məlumat yayıb.
 
Məlumata görə, son 24 saat ərzində daha 11 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Ümumilikdə, musson yağışlarının yaratdığı fəlakətdə indiyədək 98 nəfər ölüb, 185 nəfər yaralanıb.

Ən çox insan tələfatı Pəncab əyalətində qeydə alınıb. Burada 20-si uşaq olmaqla 37 nəfər həyatını itirib. Xeybər Paxtunxva əyalətində isə 30 nəfərin öldüyü bildirilib.

Rəsmilər qarşıdakı günlərdə yağışların daha da şiddətlənəcəyini xəbərdarlıq edərək, xüsusilə aşağı və riskli ərazilərdə yaşayan sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.

Oksana


OXŞAR XƏBƏRLƏR