Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb

Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb
DÜNYA
20:00 24.07.2022
427
Pakistanda musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 312-yə yüksəlib.

Təbiət hadisəsi nəticəsində 4100 evə ziyan dəyib. 706 baş iribuynuzlu heyvan tələf olub. 9 körpü və 4 yol su altında qalıb.

Pakistan Meteorologiya Departamenti yaxın günlərdə ölkədə daha çox yağış yağacağını proqnozlaşdırarkən, səlahiyyətlilər xalqı yeni daşqın ehtimalına hazır olmağa çağırıblar.
OXŞAR XƏBƏRLƏR