Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var

Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
DÜNYA
16:45 17.07.2025
344
Pakistanda təsirli olan güclü musson yağışları ölkənin Pəncab əyalətində ciddi fəsadlara səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son 24 saat ərzində yağan yağışlar nəticəsində azı 63 nəfər həyatını itirib, 290 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Pakistanın Milli Fəlakətlərin İdarəolunması Agentliyi (NDMA) məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti yağışlar nəticəsində çökmüş binaların altında qalaraq dünyasını dəyişib.

Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz sosial şəbəkə hesabında paylaşım edərək əyalətin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan olunduğunu bildirib. O qeyd edib ki, dövlət qurumları tam səfərbərlik şəraitində işləyir və vətəndaşları təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Rəsmi qurumlar həftəsonu daha çox yağıntı və qəfil sel hadisələrinin baş verəcəyini proqnozlaşdırır.

Son ölüm halları ilə birlikdə, iyunun sonundan bəri musson yağışları səbəbindən ölkə üzrə ümumilikdə təxminən 180 nəfər həyatını itirib. Onlardan yarıdan çoxunun uşaqlar olduğu bildirilir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR