Pakistanda güclü yağışlar nəticəsində azı 125 nəfər öldü

Pakistanda güclü yağışlar nəticəsində azı 125 nəfər öldü
DÜNYA
16:55 15.08.2025
181
Pakistanda güclü yağışlar həyatın iflic olmasına səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumların açıqlamasına görə, ölkənin Xayber-Paxtunxva, Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində leysan yağışların yaratdığı sel və torpaq sürüşmələri nəticəsində azı 125 nəfər həyatını itirib.

Rəsmilər bildiriblər ki, can itkilərinin böyük hissəsi son 24 saat ərzində baş verib. Buner bölgəsində isə azı 75 nəfərin itkin düşdüyü qeyd olunub.

Gilgit-Baltistanda musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və ani sel hadisələri nəticəsində əlavə olaraq ən azı 10 nəfərin öldüyü açıqlanıb.

Meteoroloqlar yaxın günlərdə də güclü yağışların davam edəcəyini xəbərdarlıq ediblər.
 
Oksana

OXŞAR XƏBƏRLƏR