Pakistanın Bəlucistan əyalətində iki partlayış baş verib.
AZXEBER.COM yerli telekanal olan Geo TV-ə istinadən xəbər verir ki, nəticədə 28 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Bildirilib ki, partlayışlar, fevralın 8-nə təyin edilən Milli Məclisə (parlamentin aşağı palatası) seçkilərə namizədlərin ofisləri yaxınlığında qeydə alınıb. İlk partlayış müstəqil namizəd Asfand Xan Kakarın ofisinin yaxınlığında olub, nəticədə 15 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Sabah Pakistanda Milli Assambleyaya və əyalət qanunvericilik qurumlarına seçkilər keçiriləcək. Seçkilər ərəfəsində ölkədə zorakılıq halları artıb. Xüsusilə, yanvarın 31-də Hayber Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Pakistan Xalq Partiyasının namizədi Seyid Zülfiqar Əli Şah da hücuma məruz qalıb. Hakimiyyət səsvermə zamanı təhlükəsizliyi təmin etmək üçün silahlı qüvvələrdən istifadə etmək qərarına gəlib.