Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.
Dəstənin böyrəyini 2,5-5 milyon rupi (256 min-513 min lirə) civarında zəngin insanlara satdığını bildirən Səddar Sidra Xan qurbanların iqtisadi cəhətdən imkansız qruplardan olduğunu bildirib.
Nəzrin