Pakistanda baş verən partlayışda ölənlərin sayı artdı

Pakistanda baş verən partlayışda ölənlərin sayı artdı
DÜNYA
14:59 06.02.2026
309
Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumatına görə, partlayış paytaxtın Şehzad qəsəbəsində yerləşən, şiə müsəlmanlarına məxsus İmam Bərgah məscidində baş verib.

Polis hadisə nəticəsində ən azı 15 nəfərin öldüyünü və 80-dən çox şəxsin yaralandığını açıqlayıb. Təhlükəsizlik mənbələri partlayışın intihar hücumu olduğunu bildirib.

Yaralıların çoxu yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hakimiyyət orqanları İslamabaddakı Poliklinika Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

Təcili yardım və polis qrupları məscid ətrafında axtarış-xilasetmə əməliyyatlarını davam etdirir və hadisə ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR