Pakistanın Peşəvər şəhərində məscidə edilən bombalı hücumda ölənlərin sayı sürətlə artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Peşəvər şəhərində məscidə edilən bombalı hücumda ölənlərin sayı 83-ə çatıb. Yaralıların sayının 150 olduğu açıqlanıb.
Pakistan Dövlət Televiziya Korporasiyası (PTV) dünən Pişəvər şəhərində günorta namazı zamanı edilən bombalı hücumda 83 nəfərin öldüyünü açıqlayıb. Hücum zamanı 150 nəfər yaralanıb. Can itkisinin artması ilə bağlı narahatlıqların olduğu ifadə edilib.
Pakistanın baş naziri Şahbaz Şərif dünən hücumdan sonra şəhərə gedib.
O, sosial media hesabından verdiyi açıqlamada "Peşəvərdən yeni qayıtdım. Humanitar faciənin miqyası ağlasığmazdır. Xalq dərin kədər içindədir. Şübhə etmirəm ki, terror bizim əsas milli təhlükəsizlik problemimizdir. Kədərli ailələrin ağrısını sözlə ifadə etmək mümkün olmasa da, dərin hüznlə başsağlığı və ən səmimi hisslərimi bildirirəm”, - bildirib.
Ayşən