Pakistanda narkotiklərlə mübarizə haqqında yeni qanun qəbul edilib.
AZXEBER.COM xəbər verir ki, qanuna əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlərə bundan sonra ölüm cəzası verilməyəcək.
Pakistanın Milli Assambleyası və Senatı narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinənlər üçün ölüm cəzasını ləğv edən yeni anti-narkotik qanunu təsdiqləyib.
Yeni qanunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlər üçün ölüm cəzası ləğv edilib. Sözügedən qanunun dərhal qüvvəyə minəcəyi bildirilir.
2014-cü ildən bu yana Pakistanda 518 nəfər edam cəzasına məhkum edilib və edam edilib. Yerli mətbuat bildirir ki, ölkə üzrə edama məhkum edilmiş 4000-dən çox məhbus var.
Gülay