Pakistanda neft zavoduna hücum - ölən və yaralananlar var

Pakistanda neft zavoduna hücum - ölən və yaralananlar var
DÜNYA
14:52 07.11.2023
167
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində neft şirkətinin zavoduna silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Bu barədə «Xinhua» agentliyi məlumat yayıb.

Məlumata görə, ən azı 20 silahlı yaraqlı zavoda girməyə cəhd göstərib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazidən uzaqlaşan yaraqlıların hər hansı qruplaşmaya aid olub-olmadıqları araşdırılır.
OXŞAR XƏBƏRLƏR