Pakistanda polis məntəqəsinə hücum: Xeyli polis əməkdaşı həlak oldu

Pakistanda polis məntəqəsinə hücum: Xeyli polis əməkdaşı həlak oldu
DÜNYA
12:06 05.02.2024
152
Pakistanda silahlıların hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.
 
Hücumda 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.

Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.
 
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Əfqanıstan isə Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını müdafiə edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR