Pakistanda polis patrul dəstəsinə pusquda dörd nəfər ölüb

Pakistanda polis patrul dəstəsinə pusquda dörd nəfər ölüb
DÜNYA
09:32 24.03.2025
246
Pakistanın cənub-qərb əyaləti Bəlucistanın Nuşki şəhərində patrul dəstəsinə hücum nəticəsində azı dörd polis əməkdaşı ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, naməlum terrorçular Nuşkidəki Qaribabad rayonu yaxınlığında polis patrul maşınına qarşı pusqu qurublar.
 
Hadisə nəticəsində dörd hüquq-mühafizə əməkdaşı ölüb. Təhlükəsizlik qüvvələri dərhal hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıblar.

Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR