Pakistanda polis qərargahı hücuma məruz qalıb, ölənlər var

Pakistanda polis qərargahı hücuma məruz qalıb, ölənlər var
DÜNYA
09:12 24.11.2025
71
Pakistanın Peşəvər şəhərində Federal Polis İdarəsinin qərargahı terrorçu-kamikadzenin hücumuna məruz qalıb.

Bu barədə Dawn mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma olub və iki terrorçu zərərsizləşdirilib.

"Reuters"in məlumatına görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Yaralılar barədə məlumat açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR