Pakistanda qatar qəzasında həyatını itirənlərin sayı artır.
AZXEBER.COM xəbər verir ki, Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında dünən relsdən çıxan sərnişin qatarında həyatını itirənlərin sayı 30-a, yaralıların sayı isə 64-ə çatıb.
Xatırladaq ki, Ravalpindidən Kəraçiyə gedən 19 vaqondan ibarət sərnişin qatarı Navabşah şəhəri yaxınlığında relsdən çıxıb.
Pakistan Dəmir Yolları Nazirliyi qəzada həyatını itirənlərin sayının 30-a, yaralı sayının isə 64-ə yüksəldiyini açıqlayıb.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Ayşən