Pakistanda torpaq davası: 35 ölü, 166 yaralı

Pakistanda torpaq davası: 35 ölü, 166 yaralı
DÜNYA
14:46 29.07.2024
123
Pakistanın şimal-qərbində iki qəbilə arasında torpaq davası olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində tayfalar arasında torpaq davası səbəbindən beş gün əvvəl toqquşmaların baş verdiyini bildiriblər.

Səlahiyyətlilər son 5 gündə toqquşmalarda 35 nəfərin öldüyünü, 166 nəfərin yaralandığını bildirib.

Müxtəlif tayfa ağsaqqallarının müdaxiləsi ilə tərəflər arasında atəşkəsin əldə olunduğu açıqlansa da, qarşıdurma dünən axşam saatlarına qədər davam edib.

Bölgədəki yüksək gərginlik səbəbindən bütün məktəblərdə təhsil dayandırılıb və həftəsonu bazarlar bağlı qalıb. Əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb.

Gülay
OXŞAR XƏBƏRLƏR