Pakistanda universitet tələbəsi "WhatsApp" mesajlarına görə edam edildi

Pakistanda universitet tələbəsi "WhatsApp" mesajlarına görə edam edildi
DÜNYA
12:19 12.03.2024
132
Pakistanda universitet tələbəsi WhatsApp mesajlarına görə ölüm cəzasına məhkum edilib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, eyni iş üzrə mühakimə olunan digər 17 yaşlı tələbə isə ömürlük həbs cəzasına məhkum edilib.
 
Edam cəzasına məhkum edilən 22 yaşlı gəncin İslam Peyğəmbəri haqqında foto və video mesajlar göndərdiyi, göndərdiyi mesajlarda İslam Peyğəmbəri və ailəsini təhqir etdiyi öyrənilib.
 
Məhkəmədə olan iki gənc ittihamları qəbul etməsə də, vəkilləri hadisənin anlaşılmazlıq olduğunu iddia ediblər.

Mikayıl
OXŞAR XƏBƏRLƏR