Pakistanın Bəlucistan əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 2 nəfər ölüb, 56 nəfər yaralanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə polis məmuru Atta Ullah açıqlama verib.
Onun sözlərinə görə, Bəlucistanın Nauşki rayonunda yanacaq tankerində yanğın baş verib. Ullah yanğınsöndürənlərin müdaxiləsi zamanı tankerin partladığını, partlayış nəticəsində sürücü və avtomobilin ətrafındakı kütlədən bir nəfərin həyatını itirdiyini bildirib.
Beləliklə, yanğınsöndürənlər də daxil olmaqla 56 nəfərin yaralandığını qeyd edilib.
Oksana