"Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərərək Dağlıq Qarabağın mübahisəli ərazi olmadığın sübut etdi və azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardı".
AZXEBER.COM-un məlumatına görə, bunu Pakistanın baş naziri İmran Xan yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır.