Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib

Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib
DÜNYA
09:40 26.08.2021
563
Pakistanda təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, əməliyyat Bəlucistan əyalətində gerçəkləşdirilib.

Bildirilib ki, əyalətin Loralai rayonunda ekstremistlərin düşərgəsi mühasirəyə alınıb.

Əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki qeydə alınmayıb. Böyük miqdarda silah-sursat ələ keçirilib.
OXŞAR XƏBƏRLƏR