Pakistanın Ermənistandakı ilk səfiri o oldu

Pakistanın Ermənistandakı ilk səfiri o oldu
DÜNYA
17:09 12.09.2026
95
Pakistan Ermənistanla diplomatik münasibətlər qurduqdan bir il sonra həmin ölkəyə ilk səfirini təyin edib.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb. Qeyd edilib ki, Pakistanın Ermənistandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

Məlumata görə, tərəflər görüş zamanı qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.

///demokrat.az///
OXŞAR XƏBƏRLƏR