Pakistanlı nazirə sui-qəsd - Öz avtomobilində güllələndi

Pakistanlı nazirə sui-qəsd - Öz avtomobilində güllələndi
DÜNYA
22:20 06.05.2018
8813
Pakistanın daxili işlər naziri Əhsan İqbala sui-qəsd edilib.

Hadisə  Pəncab əyalətində, Naroval şəhərində baş verib. Nazirin sui-qəsd nəticəsində güllə yarası aldığı bildirilir. 

Qeyd olunur ki, DİN rəhbəri öz avtomobilində olan zaman gənc bir oğlan tapançadan ona atəş açıb. Güllə onun sağ çiyninə dəyib. Nazir təcili xəstəxanaya çatdırılıb. Sui-qəsdi edən gənc saxlanılıb.
 
///BakuPost 
OXŞAR XƏBƏRLƏR