Palata dörd nəfərin adını “qara siyahı”ya salıb

Palata dörd nəfərin adını “qara siyahı”ya salıb
SİYASƏT
18:01 02.03.2017
1030

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə” Sanksiya Komitəsinin fevralın 22-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

Bu barədə MBNP-dən AZXEBER.COM-a bildirilib.

Qeyd olunub ki, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər Bassam Əhməd Əl-Həsri, İyad Nəzmi Salih Xəlil, Qalib Abdullah Əl-Zahidi, Nayif Salih Səlim Əl-Qaysidir.

Qeyd edək ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (https://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR