"Palermo"nu hansı ərəb alır?

İDMAN
22:02 14.12.2010
2662

"Palermo" futbol klubunun sahibi Maurisio Zamparini komandanı ərəb maqnat Əbdül Möhsün əl Həkirə satmağa hazırlaşır. Hazırda İtaliyanın A Seriyasının turnir cədvəlində 5-ci yeri tutan klubun sahibi də bu xəbəri təsdiqləyib.


Əl Həkir Yaxın Şərqdə əyləncə və hotel biznesi ilə məşğul olan ən iri investisiya şirkətlərindən birinə rəhbərlik edir. Onun dünyanın müxtəlif ölkələrdə 70 əyləncə attraksionları parkı, habelə ərəb ölkələrində bir neçə hoteli var.
Əl Həkir İtaliya futbolunun tarixində ilk ərəb klub sahibi olacaq.

OXŞAR XƏBƏRLƏR