Gəncədə bədbəxt hadisə baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən beşmərtəbəli binada qeydə alınıb.
2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı evin eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb.
Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.