Pambıq becərməyə gedən 5 qadın faciəvi şəkildə öldü - Sabirabadda dəhşətli qəza

Pambıq becərməyə gedən 5 qadın faciəvi şəkildə öldü - Sabirabadda dəhşətli qəza
SOSİAL
10:34 07.05.2018
5239
Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

APA-nın xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
 
* * * * * *
 
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
OXŞAR XƏBƏRLƏR